İtaliya klubları qapıçılarını dəyişdilər

10.01.2025 21:32 324
Dünya futbolu
Simone Skuffet ilə bağlı bir neçə gün əvvəl yayılan xəbər doğru çıxıb.

“Napoli” “Kalyari”nin qapıçısının transferini rəsmiləşdirib. Neapol klubunun rəsmi saytının məlumatına görə, 28 yaşlı futbolçu A seriyasının liderinə icarə əsasında keçib. Onunla müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb. “Napoli” bu transferin əvəzində öz qapıçısı Elia Kaprileni “Kalyari”yə icarəyə verib.

Qeyd edək ki, Skuffet cari mövsümdə 15 matça çıxıb və 28 qol buraxıb.