"Turan Tovuz" Türkiyədə Macarıstan klubuna uduzdu

15.01.2024 14:22 225
Ölkə futbolu
Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Macarıstan təmsilçisi “Şiofok” ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:0. Tovuz klubu bu gün, Bakı vaxtı ilə saat 17.00-da Özbəkistanın "Nasaf" kollektivi ilə görüşəcək.

Premyer Liqa təmsilçisi ilk matçında Rumıniyanın “Voluntari” komandasına uduzmuşdu - 0:2.