"Sabah" "Turan Tovuz"a qarşı

9.09.2023 10:52 279
Ölkə futbolu
Milli komandanın oyunu ilə bağlı çempionatda yaranan fasilədən istifadə edən “Sabah”la "Turan Tovuz" bu gün yoxlama oyununda üz-üzə gələcək.

"Football-plus.az" xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək görüş saat 17.00-da başlayacaq.

Qeyd edək ki, Misli premyer-liqasında "Turan Tovuz" 9 xalla 2-ci, "Sabah" 4 xalla 8-cidi.