MOİK "Sabah"la qarşılaşacaq

8.01.2025 23:29 444
Aktual / Ölkə futbolu
Artıq 1-ci liqa təmsilçiləri də qış təlim-məşq toplanışına başlayır. Hazırlığa erkən başlayanlardan biri də MOİK-di.

Qəzənfər Abbasovun komandası dünən Sumqayıt stadionunda toplanışa start verib.

Bəs “hərbçilər” kimlərlə yoldaşlıq görüşü keçirəcək? Qəzənfər Abbasovun “Football-plus.az”a söylədikləri:

“Məşqlərimiz dünən başlayıb. Sumqayıtda 5 gün məşq edəcəyik. Ayın 12-də oyunumuz var. “Sabah”ın B komandası ilə oynayacağıq. Ondan sonra 4-5 yoldaşlıq görüşü keçirməyi planlaşdırırq. Digər rəqiblər hələ dəqiq deyil. Yanvarın 22-nə qədər hazırlaşacağıq.Sonra yarış həftəsi olacaq”.

RÖYANƏ OĞUZ