“Fasilədə yeni oyunçular transfer edəcəyik” – MOİK-dən əks-səda

28.12.2023 22:50 284
I liqa / Manşet
Ən azı Xankəndidə “Qarabağ”la qarşılaşdığına görə dekabrda populyarlığı xeyli artan MOİK son üç çempionat oyununun ikisində uduzmaqla turnir hədəfindən uzaq düşdü.

“Hərbçilər” hazırda lider “Qaradağ Lökbatan”dan 5 xal geri qalmaqla “Şamaxı” ilə 2-3-cü yerləri bölüşür. Bəs MOİK-in qış fasiləsi ilə bağlı planları necədi?

“Footbal-plus.az” bu barədə məlumat almaq üçün klubun baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxladı:
“Fasilədə yeni oyunçular transfer edəcəyik. Hazırda futbolçularla danışıq gedir, sadəcə, adlarını açıqlaya bilmirəm. Komandanın təlim-məşq toplanışı Bakıda olacaq. Ən azı 5 yoldaşlıq matçı keçirməyi planlaşdırırıq. Rəqiblərimiz hələ ki bəlli deyil. Əsasən birinci liqa komandaları ilə yoldaşlıq görüşləri keçirəcəyik. Nəzərimizdə bir elita təmsilçisi də var. Hansı ilə uyğun olarsa, danışıb oynayacayıq”.


MİRKAMAL KAZIMZADƏ