Juninyo Azərbaycandadı, yoxsa İspaniyada? – klub rəsmisi açıqladı

7.01.2025 16:16 871
Ölkə futbolu / Manşet
Juninyonun “Qarabağ”dan “Sevilya”ya keçidi uzun müddətdi gündəmdədi.

Artıq nəinki Azərbaycan, İspaniya mətbuatında yayılan informasiyalar da bir-birini təkzib edir. Bəziləri transferin baş tutduğunu, tərəflərin bütün məsələlərdə razılığa gəldiyini, hətta braziliyalının “köhlən atlar”ın düşərgəsindən ayrılaraq La Liqa klubuyla müqavilə imzalamaq üçün yola düşdüyünü tirajlayır. Prosesin hələ bir neçə gün uzanacağını, bəzi detallarda konkret razılıq əldə edilmədiyini deyənlər də var. Belədə ağla bundan başqa sual gəlmir: Junionyo hardadı - Azərbaycanda, yoxsa İspaniyada? Ümumiyyətlə, ağdamlıların məşqlərində iştirak edirmi?

Sualları “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq. O, “Football-plus.az”a açıqlamasında Juninyonun Bakıda olduğunu və “köhlən atlar”ın məşqlərində iştirak etdiyini dedi.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul