Juninyo Bakıya qayıtdımı? - klub rəsmisi son durumu açıqladı

2.01.2025 20:24 1 424
Aktual / Ölkə futbolu
Bilindiyi kimi, “Qarabağ” sabah təlim-məşq toplanışına start verəcək.

Bu məqamda günlərdi adı “Sevilya” ilə yanaşı hallanan, transferi zaman məsələsi sayılan Juninyonun harda olacağı sual doğurur. “Qarabağ”ın ulduzu hazırlıq mərhələsinə ya “Qarabağ”da başlamalıdı, ya da “Sevilya”da.

Görəsən, braziliyalı Azərbaycana qayıdıbmı? “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev “Football-plus.az”ın sualına belə cavab verdi:

“Bəli, Juninyo komanda ilə birgə təlim-məşq toplanışına qoşulacaq”.

RÖYANƏ OĞUZ