“Sevilya”ya keçidi olduqca yaxın görünən futbolçu hər an İspaniyaya yollana bilər. Qurban Qurbanov da, Əmrah Çəlikəl də müəyyən şərtlər qarşılığında bu tranferin mümkün olacağını deyib. İndi hər şey 5 milyondan asılıdı.
Bu transfer bizə Kadi Borgesin 2023-ün yanvarındakı gedişini xatırladır. “Krasnodar” onun müqaviləsində göstərilən 5 milyon avro sərbəstqalma məbləğini ödədiyi üçün Ağdam təmsilçisi braziliyalıya “qal” deyə bilməzdi. Bəs indi vəziyyət necədi? Juninyo “Qarabağ”la müqaviləsinə həmvətəni kimi bənd saldırıbmı?
“Football-plus.az” bu sualı Juninyonun transferində iştirak edən menecer Tural Əsgərova ünvanlayıb:
“Xeyr, Juninyonun müqaviləsində müəyyən məbləğ qarşılığında sərbəst qalması ilə bağlı bənd yoxdu”.
RÖYANƏ OĞUZ





