Londona erkən qayıtmalı oldu

3.01.2025 15:14 301
Dünya futbolu
Qabriel Slonina “Çelsi”yə erkən qayıtmalı oldu.

London klubu gənc futbolçunu vaxtından əvvəl “Barnsli”dən geri çağırıb. Buna səbəb İngiltərənin 3-cü liqasında yarışan komandada icarə əsasında çıxış edən 20 yaşlı qapıçının barmağından zədə alması olub.

Qabriel bu mövsüm “Barnsli”nin heyətində 14 oyunda meydana çıxıb, 24 top buraxıb və 2 oyunda qapısını toxunulmaz saxlayıb.