“Çelsi” heyətinə yeni futbolçu cəlb etməyə hazırlaşır. London klubu “Çikaqo Fayr”ın qapıçısı Qabriel Slonina ilə razılaşıb.
Football-plus.az xəbər verir ki, 18 yaşlı oyunçu artıq tibbi müayinədən keçmək və müqaviləni rəsmiləşdirmək üçün İngiltərənin paytaxtına gəlib. Bu keçid londonlulara 15 milyon dollara başa gələcək. “Çelsi” Qabriel uğrunda mübarizədə “Real”ı qabaqlayıb. Buna əsas səbəb kimi danışıqlarda klubun sahibi Todd Boelinin şəxsən iştirak etməsi göstərilir.
Qeyd edək ki, Qabriel londonlularla müqavilə imzalasa belə, onların sıralarına 2023-cü il yanvarın 1-də qoşulacaq. Həmin vaxta qədər isə “Çikaqo Fayr”dakı çıxışını davam etdirəcək.