Almaniya klubunu erkən tərk etdi

1.01.2024 14:54 209
Dünya futbolu
Fabio Karvalyo “Leyptsiq”i erkən tərk etməli olub.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı futbolçu “Liverpul”a qayıdıb.

İngiltərə klubu onu leyptsiqlilərə birilliyə icarəyə vermişdi. Başqa sözlə, 21 yaşlı yarımmüdafiəçi Almaniyada mövsümün sonuna qədər oynamalı idi. Lakin “Leyptsiq”in formasında meydana çıxdığı 15 oyunda məhsuldar fəaliyyəti ilə yadda qalmayan Fabio “Liverpul”a vaxtından əvvəl geri qayıtmalı olub.