Zədə problemini arxada qoydu

4.01.2025 00:23 320
Dünya futbolu
Lamin Yamalın səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

"Football-plus.az" xəbər verir ki, “Barselona”nın yeniyetmə vingeri zədəsini tamamilə sağaldıb.

“Mundo Deportivo” qəzetinin yaydığı məlumata görə, 17 yaşlı futbolçu artıq komanda ilə məşqlərə də başlayıb.

Xatırladaq ki, Lamin cari mövsümdə bütün turnirlərdə 21 oyunda meydana çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib.