Neymar yenidən Messi ilə bir komandada?

1.01.2025 18:50 318
Dünya futbolu
Neymar yenidən Lionel Messi ilə birgə oynaya bilər. “Əl-Hilal”ın hücumçusunun tezliklə “İnter Mayami”yə keçə biləcəyi haqda xəbəri goal.com saytı yayıb.

Populyar portala görə, ABŞ klubu keçidi yanvarda reallaşdırmağı planlaşdırır. Bu cəhd uğursuz olarsa, “İnter Mayami”nin Neymarı 2025-ci ilin yayında transfer etməyə çalışacağı da bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl braziliyalı futbolçunun komanda yoldaşlarına yayda “İnter Mayami”yə keçəcəyini dediyi haqda iddia yayılmışdı.

Neymarın “Əl-Hilal” ilə müqaviləsi 2025-ci ilin yayında qüvvədən düşəcək.