Neymar yenidən Messi ilə birgə oynayacaq?

20.12.2024 11:13 272
Dünya futbolu
Neymarın tezliklə klubunu dəyişmək istəyi ilə bağlı növbəti xəbər yayılıb.

Bu dəfə “Əl-Hilal”ın hücumçusunun “İnter Mayami”yə keçmək ehtimalı vurğulanır. “Sky Sport”un məlumatına görə, braziliyalı futbolçu bununla bağlı komanda yoldaşları ilə söhbət edib.

Bilindiyi kimi, Neymarın “Barselona”dan olan bir neçə keçmiş komanda yoldaşı Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba indi Mayami klubunda oynayır. 32 yaşlı hücumçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul