Müasir futbolun iki böyük futbolçusu yenidən qarşılaşacaq.
“Football-plus.az” xəbər verir ki, Lionel Messinin də formasını geydiyi “İnter Mayami” yeni mövsümə hazırlığı Səudiyyə Ərəbistanında keçirəcək. Komanda orada iki yoxlama matçı oynayacaq. “İnter Mayami” yanvarın 29-da “Əl-Hilal”, fevralın 1-də isə Kriştiano Ronaldonun da çıxış etdiyi “Əl-Nəssr” ilə qarşılaşacaq.
Qeyd edək ki, Messi bu yaydan “İnter Mayami”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilə qədərdi. Ronaldo isə yanvarın 1-dən oyunçusu olduğu “Əl-Nəssr”ə müqavilə ilə 2025-ci ilə qədər bağlıdı.