Samir Abasovun bəyənmədiyi hücumçu Azərbaycana qayıdır?

30.12.2024 10:52 439
Aktual / Ölkə futbolu
Qış fasiləsi başlayan kimi klubların transfer fəaliyyəti ilə bağlı söhbətlər intensivləşir.

Ötən mövsüm avrokuboklarda çıxış edən “Sumqayıt” da axtarışa başlayıb. Samir Abasovun yayda bəyənməyib yola saldığı Kasimir Ninqanın yenidən Azərbaycana qayıtması mümkündü. Vaqf Cavadov Ninqanın məhsuldarlığından faydalanmağı düşünür.

Maraqlıdı, Ninqa ilə danışıqlar hansı mərhələdədi?

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev “Football-plus.az”a cavabında bunları dedi:

“Klub bir neçə əcnəbi oyunçu ilə danışıq aparır. Bunu Riad müəllim də bildirmişdi. Amma onlarrın arasında Ninqanın olub-olmadığı bilinmir. Yəni məndə bu barədə real məlumat yoxdu. Olsa da, məncə, hələ rəsmi bir şey yoxdu. Ninqa ilə bağlı rəsmi məlumat olanda klub tərəfindən açıqlanacaq”.

Qeyd edək ki, 31 yaşlı hücumçu ötən mövsüm “kimyaçılar”ın heyətində çempionatdakı 28 oyunda 7 qol, kubokda isə 3 matçda 1 qol vurub.

RÖYANƏ OĞUZ