Mahirin qolu “Nürnberq”in ən yaxşısıdı - VİDEO

29.12.2024 10:31 292
Dünya futbolu / Video
“Nürnberq” 2024/25 mövsümünün birinci yarısı üçün komandanın vurduğu 10 ən yaxşı qolu müəyyənləşdirib. Mahir Emreli siyahıda iki qolla təmsil olunub.

"Football-plus.az" xəbər verir ki, həmyerlimiz 2-ci bundesliqa təmsilçisinin reytinqində 1-ci yeri tutub. Onun 9-cu turda "Qroyter Fyurt"un qapısından keçirdiyi qol ən yaxşı seçilib. Həmin qol Emrelinin “Nürnberq”də ilk qolu idi.

Siyahıda Mahirin daha bir qolu var. 27 yaşlı futbolçunun 11-ci turda “Hamburq"a vurduğu qol isə 9-cu yeri tutub.

Əlavə edək ki, millimizin üzvü bu mövsüm "Nürnberq"in heyətində bütün turnirlərdə 13 matçda meydana çıxıb, 4 qol vurub, 1 qolun isə ötürməsini verib.