"Liverpul" bu futbolçu üçün hərəkətə keçdi

28.12.2024 22:15 286
Dünya futbolu
"Liverpul" müdafiəçisi Trent Aleksander-Arnoldu komandada saxlamağa çalışacaq.

Mersisaydlılar adı "Real"la yanaşı hallanan 26 yaşlı müdafiəçiyə 4 illik, 20 milyon avro qazanc əldə edəcəyi müqavilə təklif etməyə hazırlaşır. Trentin komandası ilə hazırkı sözləşməsinin müddəti gələn ilin yayında başa çatacaq.

O, cari mövsümdə "Liverpul"un heyətində 20 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib.