“Liverpul”a yaponiyalı futbolçu gəlir

17.08.2023 23:40 246
Dünya futbolu
“Liverpul”a tezliklə yeni oyunçu qoşula bilər.

"Football-plus.az" xəbər verir ki, Vataru Endonun bu kluba keçmək şansı var. Yaponiyalı futbolçu artıq tibbi baxışdan keçmək üçün İngiltərəyə gəlib. O, səhhətində hər hansı problem ortaya çıxmayacağı halda “Liverpul” ilə 3 illik müqavilə imzalayacaq. İngiltərə klubunun 30 yaşlı yarımmüdafiəçiyə görə “Ştutqart”a 30 milyon avro ödəməyə hazır olduğu bildirilir.