“Çelsi” azarkeşlərinə açarlıq payladı

28.12.2024 20:52 256
Dünya futbolu
“Çelsi” Konfrans Liqasının Liqa mərhələsinin 5-ci turunda səfərdə Qazaxıstan təmsilçisi “Astana”ya qarşı keçirdiyi oyuna gedən təxminən 500-ə yaxın azarkeşini mükafatlandırıb.

Klub tərəfindən fanatlara üzərində “Over land & sea” (quru və dəniz üzərində) yazısı, səyahətin başlanğıc və son nöqtələri (“Stemford Bric” və Almatı), həmçinin onlar arasındakı məsafənin (5608 km) həkk olunduğu xüsusi aksesuar - açarlıq verilib.

Bundan başqa, təxminən 11 min km məsafə qət etmiş azarkeşlərə baş məşqçi Entso Mareska, idman direktorları Pol Uinstanli və Lorens Stüartın imzaladığı təşəkkür məktubu çatdırılıb. Hədiyyələr birbaşa azarkeşlərin yaşadıqları evlərə göndərilib.

Xatırladaq ki, dekabrın 12-də keçirilən "Astana" - "Çelsi" oyunu qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul