“Çelsi” yeni baş məqşçi axtarışını başa vurub.
“Football-plus.az” xəbər verir ki, paytaxt komandasını növbəti mövsümdən böyük ehtimalla Entso Mareska çalışdıracaq.
Bu xəbəri Fabritsio Romano yayıb. Tanınmış insayderin sosial şəbəkə hesabı vasitəsilə verdiyi xəbərə görə, artıq “Lester”in baş məşqçisi ilə razılıq əldə edilib. Romano tərəflərin yaxın vaxtlarda “5+1 il” müddətinə nəzərdə tutulan müqavilə imzalayacaqlarını da qeyd edib.
Mareska 2023-cü ildən çalışdırdığı “Lester”i son mövsümdə premyer-liqaya çıxarıb. O, istefaya göndərilən Maurisio Poçettinonun yerini tutacaq. “Çelsi” hazırda 44 yaşlı italiyalı mütəxəssisin təzminatıyla bağlı “Lester”lə danışıqlar aparır.