Luninin aqibəti necə olacaq?

22.05.2024 16:49 137
Dünya futbolu
Andrey Luninin “Real”dakı aqibəti müəyyənləşib.

Ukraynalı qapıçısı Madrid klubu ilə yeni müqavilə imzalayacaq. Bu barədə “The Athletic” məlumat yayıb. Tərəflərin müddəti 2028-ci ilin iyununa qədər müqavilə bağlamağa yaxın olduqları bildirilib. Mövsüm ərzində zədəli Tibo Kurtuanı əvəzləyən 25 yaşlı qolkiperin maaşı komandanın əsas qapıçısı statusuna uyğun artırılacaq.

Luninin “Real”la hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.