Marta qədər oynaya bilməyəcək

26.12.2024 22:30 298
Dünya futbolu
Meyson Maunt geniş tibbi müayinədən keçib, nəticə məyusedicidi.

“Mançester Yunayted”in yarımmüdafiəçisi premyer-liqanın “Mançester Siti” ilə oyununda zədə almışdı. Sonuncu müayinənin nəticəsində Meysonun yaşıl meydanda uzun müddət görünməyəcəyi məlum olub. O, gələn ilin martına qədər oynaya bilməyəcək.

Maunt bu mövsüm MY-də bütün turnirlərdə 12 oyun keçirib.