• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” 3 xalı 3 qol və 3 zədə ilə qazandı - ŞƏRH

Dünya futbolu

24-12-2024, 19:0

Tur iki qarşılaşma ilə start götürdü.

Maraqlıdı ki, hər iki oyun eyni ssenari ilə keçdi və meydan sahibləri fasilədən sonra iki cavabsız qol vurdular. Bu şəkildə “Kasımpaşa” “Eyüpspor”dan üstün oldusa, debütant “Bodrum” “Sivasspor”la matçda 7 oyunluq qələbəsiz seriyaya son qoydu. Ardıcıl 5-ci qələbəsiz oyundan sonra “Sivasspor”da Bülənt Uyğun istefa verdi. Təcrübəli mütəxəssis bu vəzifəyə bu ilin yanvarında gəlmişdi. Sivaslıların bir ildən çoxdu işsiz olan Ömər Ərdoğanla anlaşacağı gözlənilir.

“Çaykur Rizəspor”la “Konyaspor” qalibi müəyyənləşdirə bilmədisə, “Alanyaspor” gözlənilmədən “Qaziantep”i darmadağın etdi. Bazar gününün oyunları da meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Abubakarın mövsümdəki ikinci qolu “Hatayspor”u “Göztəpə” ilə ev oyununda məğlubiyyətdən xilas etdi. Böyük sıxıntılara baxmayaraq, Aleks de Souzanın “Antalyaspor”u nəticələri ilə diqqəti çəkir. “Kayserispor”a heç bir şans verməyən Antalya təmsilçisi son 6-cı turda 4-cü qələbəsini qazandı. Günün mərkəzi oyununda son iki rəsmi matçda qol vurmadan uduzan “Fənərbaxça” son 3 rəsmi matçda qalib gələn və yüksəlişdə olan “İstanbul BŞ”ni qəbul etdi. “Atletik”lə oyunla müqayisədə heyətdə 7 dəyişiklik edən Joze Mourinyo bu mövsüm ikinci dəfə Tadiçi ehtiyatda saxladı. Güclü yağış altında keçən qarşılaşma gərgin və maraqlı alındı. İlk yarının böyük hissəsində yaxşı müdafiə olunan qonaqlar fasilə ərəfəsində ikiqat zərbə aldılar. Əvvəlcə Ceko baxımlı zərbə ilə hesabı açdısa, çox keçmədən seneqallı müdafiəçi Usseynu Ba bosniyalının üzünə başla zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə aldı. Qaşı partlayan Ceko oyunun qalan hissəsini sarğı ilə keçirməli oldu. Ba isə oyundan sonra bu hərəkətinə görə üzr istədi. “İstanbul BŞ” 2-ci hissədə gözlənilmədən Pyontek ilə hesabı bərabərləşdirdi. Amma Mourinyonun Cekonu meydanda saxlayaraq Ən-Nəsirini də döyüşə atması və iki hücumçulu taktikaya keçməsi bəhrəsini verdi. Mərakeşli forvard əvvəlcə Tadiçin asmasını gözəl baş zərbəsi ilə tamamladısa, son anlarda Kostiçin ötürməsini də qola çevirdi. “Fənərbaxça” 3 qolla 3 xal qazansa da, bunun əvəzində 3 futbolçunu itirdi. Livakoviç hələ ilk yarıda zədələnərək əvəzləndisə, 2-ci hissədə Oğuz Aydın ilə Bekao da eyni səbəb üzündən meydanı tərk etməli oldu. Özü də dizindən ağır zədə alan Bekao üçün mövsüm bitdi! Bekao 77-ci dəqiqədə meydanı tərk edərkən Mourinyo artıq dəyişiklik limitini doldurmuşdu. Bu üzdən uzatma dəqiqələrini də nəzərə alsaq, “Fənər” də son 20 dəqiqəni azlıqda keçirməli oldu. Beləliklə, uğursuzluq zolağından çıxan İstanbul nəhəngi ən azı birgünlüyə xal fərqini 3-ə endirdi. Onu da bildirək ki, “Fənər” bu rəqibi ardıcıl 6-cı rəsmi oyunda məğlub etdi.

Ardınca nəinki turun, bəlkə də mövsümün əsas sürprizi qeydə alındı. Sonuncu pillədən möhkəm yapışan, bu tura qədər qələbəsi olmayan və son 10 ev oyununda uduzmaqla superliqanın antirekordunu yeniləyən ''Adana Dəmirspor'' inanılmazı bacararaq ''Beşiktaş''ı məğlub etdi! Aşkar autsayder olmasına baxmayaraq meydan sahibləri hələ fasiləyə qədər iki qol vurdular. ''Qartal'' superliqada ilk yarıda iki qol buraxdığı son səfər matçını 2023-ün sentyabrında yenə də Adanada (1:4) keçirmişdi! İkinci hissədə böyük çətinliklə qollardan birinin əvəzini çıxan ''Beşiktaş'' tam üstünlüyə yiyələndiyi məqamda azlıqda qaldı. Tayyip Sanuc matçboyu müdafiəçilərin başına oyun açan Yusuf Sarıya qarşı son ümid foluna görə qırmızı vərəqə aldı. Qalan müddətdə qol olmayınca ''Adana Dəmirspor'' mövsümdə ilk qələbəsini qazandı. ''Beşiktaş'' 2024-cü ildə çempionatda 18 səfər qarşılaşmasında cəmi 4 qələbə qazana bildi (7 heç-heçə, 7 məğlubiyyət). Bu, komandanın 1983-dən bu yana ən pis göstəricisidi. ''Beşiktaş''dan fərqli olaraq ''Qalatasaray'' favorit statusunu doğrultdu və növbəti dəfə çempionluğa iddiasını ortaya qoydu. Özü də ''Cim-Bom'' elə-belə rəqiblə yox, ''Trabzonspor''la qarşılaşdı. Şenol Günəşin komandası fasiləyə geridə yollanmasına baxmayaraq ikinci hissənin əvvəllərində sürpriz şəkildə önə keçdi. Amma son sözü ''Qalatasaray'' söylədi. Son anlarda oyuna daxil olan Əli Şahin Yılmazın avtoqolu ''sarı-qırmızılar''a dramatik qələbə qazandırdı. Lider ən yaxın rəqibi ilə 6 xallıq fərqi qorudu. Okan Buruk Fatih Terimin ardından ''Qalatasaray''ın başında ''Trabzonspor''u ardıcıl 4 superliqa matçında məğlub edən cəmi 2-ci məşqçi oldu.

16-cı tur
Fənərbaxça – İstanbul BŞ 3:1
Ceko, 42. Ən-Nəsiri, 74; 90 – Pyontek, 59.
Fənərbaxça: Livakoviç (Ərtuğrul Çətin, 32), Osayi-Samuel (Mərt Müldür, 63), Bekao, Çağlar Söyüncü, Kostiç, Fred, Amrabat (Ən-Nəsiri, 63), İrfan Can Kahveci (Tadiç, 55), Şimanski, Oğuz Aydın (Sen-Maksimen, 55), Ceko.
İstanbul BŞ: Dəniz Dilmən, Duarte, Ba, Opoku, Lima, Berat Özdəmir (Pelkas, 87), Krespo, Dəniz Türüc (Həmzə Gürələr, 46), Kemen, Davidson (Şiş, 87), Pyontek.
Qalatasaray - Trabzonspor 4:3
Mertens, 8. Yunus Akgün, 29. Batşuayi, 63-p. Əli Şahin Yılmaz, 90+8-öz qapısına - Ozan Tufan, 17; 55. Banza, 51.
Qalatasaray: Muslera, Yelert (Batşuayi, 55), Kaan Ayhan, Əbdülkərim Bardakcı, Berkan Kutlu (Yakobs, 75), Torreyra (Kərəm Dəmirbay, 79), Sara, Yunus Akgün (Osimhen, 75), Mertens, Şallai, Barış Alpər Yılmaz (Yusuf Dəmir, 89).
Trabzonspor: Uğurcan Çakır, Maleyro Sərdar Saatçı (Əli Şahin Yılmaz, 90), Mendi, Ərən Elmalı (Barışiç, 90+10), Ozan Tufan, Lundstram, Visça (Draquş, 46), Çam (Umut Günəş, 90+8), Nvakaeme, Banza.
Adana Dəmirspor - Beşiktaş 2:1
Yusuf Barasi, 31. Aymbetov, 39 - Əl Musrati, 72.
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Tayyib Sanuc, Masuaku (Zaynutdinov, 46), Əl Musrati, Salih Uçan (Mario, 85), Can Keleş (Mustafa Həkimoğlu, 74), Rafa Silva, Oksleyd-Çemberleyn (Muçi, 46), Semih Kılıçsoy.
Kasımpaşa – Eyüpspor 2:0
Brekalo, 57. Barak, 82.
Hatayspor - Göztəpə 1:1
Abubakar, 52 – Romulo, 12-öz qapısına.
Alanyaspor – Qaziantep 3:0
Aliti, 54. Hvan Ui Co, 88; 90.
Antalyaspor – Kayserispor 2:0
Van De Streek, 45+1. Sonər Dikmən, 74.
Bodrum – Sivasspor 2:0
Seferi, 49. Dimitrov, 76-p.
Çaykur Rizəspor – Konyaspor 1:1
Sou, 44 – Aleksiç, 53.

1. Qalatasaray 15 13 2 0 42-18 41
2. Fənərbaxça 15 11 2 2 39-14 35
3. Samsunspor 15 9 2 4 29-17 29
4. Eyüpspor 16 7 5 4 24-17 26
5. Göztəpə 15 7 4 4 28-21 25
6. Beşiktaş 15 7 4 4 24-17 25
7. İstanbul BŞ 15 6 4 5 25-21 22
8. Antalyaspor 15 6 3 6 20-26 21
9. Konyaspor 16 5 5 6 18-23 20
10. Çaykur Rizəspor 15 6 2 7 16-22 20
11. Kasımpaşa 15 4 7 4 20-21 19
12. Qaziantep 15 5 3 7 20-24 18
13. Sivasspor 16 5 3 8 20-27 18
14. Alanyaspor 15 4 5 6 15-18 17
15. Trabzonspor 15 3 7 5 23-22 16
16. Kayserispor 15 3 6 6 15-27 15
17. Bodrum 15 4 2 9 12-21 14
18. Hatayspor 15 1 6 8 13-24 9
19. Adana Dəmirspor 15 1 2 12 12-35 5

Bombardirlər: Pyontek (İstanbul BŞ), Banza (Trabzonsrpor) – 10, İmmobile (Beşiktaş), Ceko (Fənərbaxça) – 9.

Turun rəqəmi
30 – Cekonun 3 aydan sonra 39 yaşı olacaq. Buna baxmayaraq, bosniyalı forvard əla məhsuldarlıq nümayiş etdirərək “Fənərbaxça” üçün vacib qollar vurur. Bu tur fərqlənməklə Ceko superliqada 51-ci oyunda vurduğu qolların sayını 30-a çatdırdı. O, son 17 ildə, yəni 2007/08-dən bəri “Fənər”in heyətində superliqada 30 qol həddinə ən tez çatan futbolçu oldu!

Turun ulduzu
Yussef Ən-Nəsiri (Fənərbaxça) – Türkiyə çempionatı tarixinin ən bahalı transferi olan mərakeşli forvard ümidləri tam doğrultmasa da, bu tur qəhrəmana çevrildi. O, sonradan meydana çıxdığı qarşılaşmada iki qol vuraraq komandasına qələbə qazandırdı. Sonuncu dəfə “Fənər”in heyətində superliqada sonradan meydana çıxaraq dubl edən futbolçu 2023-ün aprelində Joao Pedro olmuşdu. Maraqlıdı ki, həmin vaxt da rəqib “İstanbul BŞ” idi. Superliqada 15-ci oyunda qollarının sayını 5-ə çatdıran Ən-Nəsiri bunlardan 4-nü başla vurub.

Turun sitatı
Göksəl Gümüşdağ, “İstanbul BŞ”nin prezidenti:

“Banın hərəkəti xoşuma gəlmədi. Birbaşa qırmızı vərəqəlik hərəkət idi. “İstanbul BŞ”nin futbolçusu belə hərəkətlərə yol verməməlidi. Ona lazım olan cəzanı verəcəyik. Çox ağır təqvimdən keçirik. Zədəlilərimiz çoxdu. Bu gün 3-cü qapıçı ilə oynadıq. Buna baxmayaraq, yaxşı mübarizə apardıq. Türkiyə mətbuatı yalnız nəhəng klublardan danışır. Bizim çempionat yalnız İstanbul nəhənglərindən ibarət deyil. “Qalatasaray”la “Fənərbaxça” arasındakı gərginliyin futbolumuzun marka dəyərinə heç bir faydası yoxdu. Hakimlər tək onların yox, digər klubların da oyunlarında səhvə yol verir”.


Oyundan sonra
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Gözlədiyimiz kimi çətin, hətta dramatik bir qarşılaşma oldu. Təzyiqi artırmaq istədiyimiz anlarda qol buraxdıq. Diqqətsizliyə yol verdik və qolu, demək olar, öz səhvimizdən buraxdıq. Sonra rəqib bacardığı qədər oyunun tempini aşağı salmağa çalışdı. Onların qapıçısı gənc olsa da, vaxt uzatmağı yaxşı bacarırdı. Bir qədər riskə gedərək dəyişiklik haqqını erkən tamamladıq. Məcburi əvəzetmələr oyuna dramatiklik qatdı. Bekaonun durumu ciddidi. Təəssüf ki, mövsümün qalan hissəsində bizə yardım edə bilməyəcək. Son anlarda Tadiç müdafiənin sağında, Mərt Müldür mərkəzində oynamalı oldu. Bizə təzyiq, gərginlik və üzüntü verən bir oyun oldu. Livakoviçin zədəsi əzələ ilə bağlıdı. Cümə günü oynayacağını düşünmürəm. Ən yaxşı halda yeni ildən sonra qayıdacaq. Gərgin dönəmdən çıxmağın yeganə yolu qələbə qazanmaqdı. Biz ardıcıl qələbələrdən sonra “Beşiktaş”a haqsız şəkildə uduzduq və sanki dünya tərsinə döndü. Türkiyədə belə şeylər ikiqat yox, üçqat sürətli şəkildə baş verir. Məsələn, Livakoviçin zədəsinin gərginlikdən qaynaqlandığını düşünürəm. Çünki oyunçuların üzərində böyük təzyiq var. Bu gün oyun 10 10-a davam etdikdə yaxşı mübarizə apardıq. Əvəzetmələr özünü doğrultdu və vacib qollar vurduq. Samet Akaydın ötən oyundakı səhvdən sonra çox böyük üzüntü yaşadı. 31 yaşı olsa da, uşaq kimi üzgün görünürdü. Bu qələbəni ona həsr edirəm. Müdafiənin mərkəzində əlimin altında yalnız Ciku, Çağlar Söyüncü və gənc Yusuf Akçiçək qalıb. “Real”da Varana 18 yaşında şans verdiyim kimi burda da qarşıdakı oyunlarda Yusufa şans verə bilərəm”.


Çağdaş Atan, “İstanbul BŞ”nin baş məşqçisi:
“Oyuna yaxşı başladıq və erkən qolumuz ofsayd üzündən sayılmadı. İlk yarıda heç də pis müdafiə olunmadıq. Fasiləyə qədər, demək olar, qapımız önündə ciddi təhlükə yaranmadı. Amma ilk yarıda həm toplu, həm də topsuz oyunda soyuqqanlı ola bilmədik. Oyunçularımın bu dərəcədə hisslərinə hakim ola bilməməsi, əsəbi olmaları mənim üçün gözlənilməz oldu. Fasilədə bununla bağlı onlara göstərişlər verdim. Ba çox lazımsız bir qırmızı vərəqə aldı və bütün oyun planımız pozuldu. Sonra 4-3-2-yə döndük və əks-hücumlara bel bağladıq. Baxımlı bir qol vurduq. “Fənərbaxça” iki hücumçulu taktikaya keçdi. Məni üzən odu ki, qapımız önündə ciddi fürsət yaranmadan iki qol buraxdıq. Xüsusilə 2-ci buraxılan qolda müdafiəçilərimiz öz yerlərində ola-ola, Ən-Nəsiriyə rahat şəkildə başla zərbə vurmağa imkan verdilər. Tam heyətlərlə oynasaydıq, ən azı 1 xal qazana bilərdik. Artıq neçənci həftədi 3 gündən bir oyuna çıxırıq. “Haydenhaym”a qarşı oyundan 68 saat sonra bu oyuna çıxdıq. “Fənər”in bu gün 3 oyunçusu zədələndi. Amma bizim zədəlilərimiz daha çox idi. Rəqibi təbrik edirəm. İndi bütün diqqətimizi cümə axşamı keçirəcəyimiz avrokubok matçına yönəldəcəyik. Qalib gəlsək, pley-off yolunda çox mühüm bir addım atmış olacağıq. Klubumuzu və ölkəmizi ən yaxşı şəkildə təmsil etməyə çalışacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu / Manşet

12-07-2024, 20:0

Türkiyə çempionatında yeni mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

12-12-2024, 21:0

“Adana Dəmirspor” superliqanın antirekordunu yenilədi - ŞƏRH

Dünya futbolu

29-08-2024, 14:0

“Fənərbaxça” Rizədə şou göstərdi və rekordunu təkrarladı - TURUN İCMALI

Dünya futbolu

15-12-2024, 15:0

Türkiyədə növbəti məşqçi istefası

Aktual
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
Son xəbərlər
  • Bu gün, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Bu gün, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Bu gün, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Bu gün, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Bu gün, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Bu gün, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Bu gün, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Bu gün, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Bu gün, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Bu gün, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Bu gün, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Bu gün, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 13:05
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Bu gün, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Bu gün, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Bu gün, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Bu gün, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • Dünən, 23:10
    MS-ni tərk edə bilər
  • Dünən, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Dünən, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Dünən, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Dünən, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Dünən, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Dünən, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Dünən, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Dünən, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 167
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 158
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə