Cox çətin dönəmdən keçən ''Beşiktaş'' fanatlarına üzüntü yaşamaqda davam edir.
İstanbul nəhəngi Türkiyə çempionatının 17-ci turunda öz meydanında ortabab ''Alanyaspor''u da məğlub edə bilmədi. İlk 7 dəqiqədə vurulan qarşılıqlı qollarla oyun 1:1-lik bərabərliklə yekunlaşdı. ''Beşiktaş'' son 8 turun cəmi 1-də qalib gəlib (3 heç-heçə, 4 məğlubiyyət) və bu müddətdə 24 mümkün xalın yalnız 6-nı toplayıb.
Maraqlıdı ki, komanda mövsümün ilk 8 turunda uduzmamış və 24 xaldan 20-ni (6 qələbə, 2 heç-heçə) toplamışdı. Bundan başqa Sami Uğurlunun ''Beşiktaş''a qarşı məğlubiyyətsiz seriyası davam edir. ''Kasımpaşa''nın başında güclü rəqibə qarşı keçirdiyi ilk 4 çempionat oyununun hamısından qələbə ilə ayrılan bu mütəxəssis bu dəfə ''Alanyaspor''un başında ''Beşiktaş''a uduzmadı. O, Yılmaz Vuraldan (6 oyun, may 1987 - mart 1992) bu yana superliqada ''Beşiktaş''a qarşı ilk 5 oyunda məğlubiyyət acısı yaşamayan birinci məşqçidi.
Onu da bildirək ki, ''Qalatasaray'' turu qələbə ilə tamamlayacağı halda ''Fənərbaxça''dan 8, ''Beşiktaş''dan 18 xal önə keçəcək.
ƏLİ
''Beşiktaş'' fanatlarına iztirab yaşatmaqda davam edir
Dünya futbolu



