• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”nın seriyasına derbidə son qoyuldu - İCMAL

Dünya futbolu

21-12-2024, 12:0

“Trabzonspor”la “Kasımpaşa”nın cümə günü keçirilən açılış oyunu dramatik alındı.

Meydan sahibləri əzmkar qələbə qazanmağa yaxın olsalar da, qonaqlar son anlarda məğlubiyyətdən qurtuldular. Qonaqların vurduğu daha bir qol isə ofsayd üzündən qeydə alınmadı. Xalını 16-ya çatdıran “Trabzonspor” öz antirekordunu təkrarladı. Komanda daha öncə 2006/07 və 2007/08 mövsümlərində 14 oyuna bu qədər az xal toplamışdı.

“Göztəpə”, gözlənildiyi kimi, autsayder “Adana Dəmirsor”a heç bir şans vermədisə, “Antalyaspor” Konyada məğlubiyyətdən son anlarda qurtuldu. Bu komandaların ardıcıl 5-ci oyununda bərabərlik qeydə alındı. “Antalyaspor”un superliqada səfərdə “Konyaspor”a qarşı keçirdiyi 14-cü qarşılaşmada da qələbəyə həsrət qaldığını bildirək (9 heç-heçə, 5 məğlubiyyət)! Günün və turun əsas oyunu “Tüpraş Stadionu”nda keçirildi. Derbi göstərdi ki, Joze Mourinyoun oyunöncəsi narahatlığı heç də əbəs deyilmiş. Çünki son 7 rəsmi oyunda cəmi 1 qələbəsi olan “sınıq-salxaq” “Beşiktaş”la oyunda “Fənər” aşkar favorit sayılırdı. Amma derbilərin favoriti olmur...

“Fənər” oyunboyu daha real fürsətlər yaxaladı. Ceko çox şanssız bir matç keçirərək bir neçə gözəl fürsəti boşa verdi. Bir epizodda isə onun zərbəsindən sonra Əmrihan Topçu topa qapı xəttindən uzaqlaşdırdı. “Qartal”ın yaratdığı ən ciddi fürsət zamanı Livakoviç Rafa Silva ilə təkbətəkdən qalib ayrıldı. İkinci hissədə “Fənər” yorulmağa başlayınca temp aşağı düşdü. Oyunun taleyini isə təsadüfi qol həll etdi. Van Bronkhorstun dönəmində ehtiyatda “çürüyən” Oksleyd-Çemberleyn 73-cü dəqiqədə sol cinahdan yerlə asma etdi. İmmobile topa toxuna bilməsə də, müdafiəçiləri və qapıçını çaşdırdı. Nəticədə top heç kimə toxunmadan tora daxil oldu. “Beşiktaş” superliqada 5 oyunluq qələbəsiz seriyaya son qoydu. “Fənər” əcnəbi mütəxəssislərin (Mourinyo, Jezuş) başçılığı altında “Qalatasaray” və “Beşiktaş”a qarşı keçirdiyi son 5 derbinin hamısında məğlub olub. Bu, klub tarixinin ən pis seriyasıdı.

Daha bir heyrət doğuran fakt odu ki, indiyə qədər Türkiyə çempionatında portuqaliyalı məşqçilər (Mourinyo, Jezuş, Pereyra, Sa Pinto, Moraiş, Keseyro) heç vaxt “Beşiktaş”a səfər oyununda qalib gələ bilməyiblər! Çempionluq yarışında çox sarsıdıcı zərbə alan “sarı-lacivərdlilər”in şəxsi rekorduna da son qoyuldu. Belə ki, komanda buna qədər superliqada son 26 səfər oyununda məğlub olmamışdı (21 qələbə, 5 heç-heçə).
Bazar günü “Samsunspor” gözlənilmədən “Eyüpspor” önündə pərən-pərən düşdüsə, “İstanbul BŞ” yüksəlişini davam etdirərək “Hatayspor”u darmadağın etdi. “Qalatasaray” şaxtalı Sivasa səfər etmişdi. Əsas rəqibinin məğlub olduğu turda büdrəmək istəməyən “Cim-Bom” oyunun əvvəllərində fanatlarına şok yaşatdı. Əvvəlcə Metehan Baltacının əllə oyunu “son ümid folu” sayıldı və VAR-ın müdaxiləsi ilə gənc müdafiəçi artıq 15-ci dəqiqədə komandasını azlıqda qoydu.

Maraqlıdı ki, “Qalatasaray” superliqada buna qədər son qırmızı vərəqəsini yenə də Sivas səfərində almışdı. Bu ilin yanvarında keçirilən həmin oyunda (1:1) Kərəm Aktürkoğlu qovulmuşdu. Bu azmış kimi, çox keçmədən “sarı-qırmızılar”ın sabiq üzvü Rodriges sivaslıları hesabda önə keçirdi. Amma “Aslan” elə qəzəbləndi ki, 2-ci hissənin əvvəllərində hesab artıq 1:3 idi! Meydan sahiblərinin serbiyalı qapıçısı Nikoliç oyunu çox zəif keçirərək hər üç qolda “pay sahibi” oldu. İlk qolda o, üstünə gələn zəif zərbə zamanı topu əlində saxlaya bilmədisə, fasilə ərəfəsində qapını gec tərk etməklə penaltiyə səbəbkar oldu. İkinci hissənin əvvəllərində isə yaxın küncdən qol buraxdı. “Sivasspor”un gücü yalnız fərqi minimuma endirməyə yetdi.

Oyunun son anlarına hakim Turqut Domanın kobud səhvi damğa vurdu. Həmin ana qədər oyunu normal idarə edən ədalət təmsilçisi elə bir səhv etdi ki, bundan sonra ona çətin bir də oyun verilsin. Əsəblərinə hakim ola bilməyən Manay arxadan Barış Alpər Yılmazın ayağını çox kobud şəkildə tapdaladı. Doman albaniyalıya sarı vərəqə göstərməklə kifayətləndi və ən dəhşətlisi odu ki, monitorda epizodun təkrarını izləyəndən sonra da fikrini dəyişmədi! Barış oyunu xərəkdə tərk etdi. Manay isə matçın ardından bu hərəkətinə görə üzr istəməli oldu. Beləliklə, “Qalatasaray” ən yaxın rəqibindən 6 xal önə keçdi.

15-ci tur
Beşiktaş - Fənərbaxça 1:0

Oksleyd-Çemberleyn, 73.
Beşiktaş: Mərt Günok, Svensson, Tayip Sanuç (Zaynutdinov, 70), Əmirhan Topçu, Masuaku, Əl Musrati, Salih Uçan (Oksleyd-Çemberleyn, 70), Raşitsa (Ndur, 78), Fernandeş, Silva (Muçi, 90+2), İmmobile (Semih Kılıçsoy, 78).
Fənərbaxça: Livakoviç, Mərt Müldür (Osayi-Samuel, 82), Samet Akaydın, Ciku, Kostiç (İrfan Can Kahveci, 82), Amrabat, Fred (Cenk Tosun, 82), Oğuz Aydın, Tadiç, Sen-Maksimen (Şimanski, 67), Ceko (Ən-Nəsiri, 67).

Sivasspor – Qalatasaray 2:3
Rodriges, 25. Bəkir Turac Böke, 90+1 – Yunus Akgün, 36. Osimhen, 45+9-p. Barış Alpər Yılmaz, 53.
Qalatasaray: Muslera, Şallai, Metehan Baltacı, Sançes, Berkan Kutlu, Torreyra (Efe Akman, 90), Sara (Kərəm Dəmirbay, 90), Yunus Akgün (Batşuayi, 74), Mertens (Yelert, 64), Barış Alpər Yılmaz, Osimhen (Nelsson, 74).

Trabzonspor – Kasımpaşa 2:2
Banza, 79-p. Nvakaeme, 81 – Kafu, 38-p. Da Kosta, 90+1.
Trabzonspor: Uğurcan Çakır, Maleyro (Ozan Tufan, 90+2), Bataqov, Sərdar Saatçı, Ərən Elmalı, Mendi, Lundstram (Enis Destan, 46), Visça, Çam, Draquş (Nvakaeme, 46), Banza.

İstanbul BŞ – Hatayspor 3:0
Krespo, 56. Pyontek, 83. Keni, 90+4.
İstanbul BŞ: Muhammed Şengezər, Duarte, Ba, Opoku, Lima, Onur Ərgün, Krespo (Berat Özdəmir, 78), Kemen, Dəniz Türüc (Əmrə Kaplan, 90), Davidson (Fiqeyredo, 71), Pyontek (Keni, 89).

Eyüpspor – Samsunspor 3:0
Tiam, 54; 69. Xəlil Akbunar, 64.

Göztəpə - Adana Dəmirspor 3:1
Juan, 39. Romulo, 42. Tiyaniç, 59 – Aymbetov, 87.

Konyaspor – Antalyaspor 1:1
Adil Dəmirbağ, 16 – Larsson, 90+1.

Kayserispor – Alanyaspor 2:0
Boa Morte, 51. Mane, 66.

Qaziantep – Çaykur Rizəspor 1:0
Qrbiç, 4-öz qapısına.

1. Qalatasaray 14 12 2 0 38-14 38
2. Fənərbaxça 14 10 2 2 36-13 32
3. Samsunspor 15 9 2 4 29-17 29
4. Eyüpspor 15 7 5 3 24-15 26
5. Beşiktaş 14 7 4 3 23-15 25
6. Göztəpə 14 7 3 4 27-20 24
7. İstanbul BŞ 14 6 4 4 24-18 22
8. Konyaspor 15 5 4 6 17-22 19
9. Çaykur Rizəspor 14 6 1 7 15-21 19
10. Qaziantep 14 5 3 6 20-21 18
11. Sivasspor 15 5 3 7 20-25 18
12. Antalyaspor 14 5 3 6 18-26 18
13. Trabzonspor 14 3 4 7 20-18 16
14. Kasımpaşa 14 3 7 4 18-21 16
15. Kayserispor 14 3 6 5 15-25 15
16. Alanyaspor 14 3 5 6 12-18 14
17. Bodrum 14 3 2 9 10-21 11
18. Hatayspor 14 1 5 8 12-23 8
19. Adana Dəmirspor 14 0 2 12 10-34 2

Bombardirlər: İmmobile (Beşiktaş), Banza (Trabzonspor), Pyontek (İstanbul BŞ) – 9, Ceko (Fənərbaxça), Tiam (Eyüpspor) – 8.

Turun rəqəmi
15 – “Qalatasaray”ın heyrət doğuran səfər seriyası davam edir. İstanbul nəhəngi Sivası da fəth etməklə superliqada səfərdə ardıcıl 15-ci qələbəsini qazandı və turnirin rekordunu bir qədər də yaxşılaşdırdı. Bu seriya bu ilin yanvarında Trabzonda qazanılan 5:1-lik qələbə ilə start götürüb və hələ də davam edir. İstanbul nəhəngi 2024-cü ildə çempionatda keçirdiyi 16 səfər oyunundan 15 qələbə, 1 heç-heçə ilə ayrılıb. Turnirin tarixində komanda yalnız 1960-cı ili səfərdə indikindən daha çox (16) qələbə ilə başa vurub. “Cim-Bom”u bu il hələ Kayseri səfəri də gözləyir. Yəni komanda bu rekordunu da təkrarlamaq fürsəti əldə edəcək.

Turun ulduzu
Mame Tiam (Eyüpspor) – seneqallı forvard bu tur dubl edən yeganə futbolçu oldu. Özü də nəzərə alaq ki, “Samsunspor” 3-cü pillədə qərarlaşıb. Belə rəqiblə oyunda Tiamın qolları Arda Turanın komandasına inamlı qələbə qazandırdı. Daha öncə “Fənərbaxça”da da çıxış etmiş və Türkiyədə 6-cı mövsümünü keçirən 32 yaşlı futbolçu ümumilikdə superliqada 156-cı oyunda vurduğu qolların sayını 63-ə çatdırdı.

Turun sitatı
İbrahim Hacıosmanoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti:

“Heysiyyatımızla, şərəfimizlə kiminsə oynamasına imkan vermərik. Hakim və ya bir başqası olsun - fərq etməz. Mən həyatımda belə iyrənclik görməmişdim. Barış Alpər yığmamızın şərəfini qoruyan futbolçu və milli qürurumuzdu. Ona qarşı bu cür hərəkəti qəbul etmək mümkün deyil. Nə lazımdısa, artıqlamasıyla edəcəyik. Belə epizodları hakimlərlə min dəfə danışmışıq. VAR-da izlədikdən sonra da buna “qırmızı“ göstərilmirsə, deməli, bu hakimlər qəsdən mənə qarşı birləşiblər”.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Oyunçularım həqiqətən də bu gün çox gözəl mübarizə apardı. Səfərdə mühüm bir qələbə qazandıq. Amma bu qələbəyə istədiyimiz kimi sevinə bilmədik. Rəqibin hücumçusu bilərəkdən öz mövqeyindən gələrək ən dəyərli oyunçularımızdan birinin ayağına basıb onu zədələdi. Hakimin bu hərəkətin qarşılığında qırmızı vərəqə göstərməməsi əslində həm bugünün, həm də son dönəmlərdə yaşananların qısa icmalıdı. Belə şeyləri çox yaşamışıq və fikrimcə, bundan sonra da yaşamaqda davam edəcəyik. Amma əsas odu ki, azlıqda qalandan sonra da oyunumuza sadiq qaldıq. Oyunçularımı təbrik edirəm. Təəssüf ki, bu gün futbol adına danışa biləcəyimiz çox şey yoxdu. Öz həmkarına bilərəkdən xəsarət yetirən futbolçu bu hərəkətinə görə cavab verməlidi. Manay əslində önəmli və dəyərli futbolçudu. Ondan belə hərəkət gözləməzdim. Epizodu nə ona yaraşdırdım, nə də ona qırmızı vərəqə göstərməyən hakimə. Oyunun sonundakı bu epizod üzündən 3 xala doyunca sevinə bilmədik”.

Sərdar Topraktəpə, “Beşiktaş”ın məşqçisi:
“Çoxdan fanatlarımızı sevindirə bilmirdik. Onlara qələbə bəxş etmək üçün əlimizə gözəl fürsət düşmüşdü. Hər iki komanda aqressiv oyuna üstünlük verdi. Əks-hücumlarda iki komandanın da qol fürsətləri oldu. Mərkəzi bağlayaraq “Fənərbaxça”nı cinahlara yönəldirdik. Rafa Silvanı cinaha çəkdik. Bunu problemə çevirmədi. Harda şans veririksə, orda da əlindən gələni edir. Oksleyd-Çemberleynə oyundan öncə şans verəcəyimi demişdim. O da özünü hazırlamışdı. Oyuna qoşulandan sonra çox faydalı işlər gördü. Oyundan öncə çox yaxşı bir mübarizəyə ehtiyacımızın olduğunu demişdim. Həmin mübarizəni sərgiləməyi bacardıq. Səviyyəli heyətimiz var və bu gün istədiyimizə nail olduq. Camiənin belə bir zəfərə ehtiyacı var idi. Bu, mənim “Beşiktaş” camiəsindəki 31-ci mövsümümdü. Hər kəslə münasibətim yaxşıdı. Bu camiə üçün həmişə əlimdən gələni etməyə hazıram. “Gözlə” desələr, gözləyəcəm, “çalış” desələr, çalışacam”.

Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Gözəl və maraqlı oyun alındı. Gənc hakim işinin öhdəsindən yaxşı gəldi. Ardıcıl vərəqələr göstərmədən oyunun ipini əlində saxlamağı bacardı. Düzdü, komandam ideal oynamadı. Amma ən azı rəqibdən üstün idik. Onların bir dənə yüzfaizlik imkanı oldu ki, Livakoviç qola imkan vermədi. Digər yarım fürsətdə isə qol vurdular. “Beşiktaş” bizə qarşı yaxşı savaşdı. Mən təhlilimi dürüst şəkildə dilə gətirməyə çalışıram. İki zərbəmiz dirəkdən döndü. Cekonun qapıçı ilə təkbətəki dəyərləndirə bilmədiyi, eləcə də topun qapı xəttindən uzaqlaşdırıldığı epizodlarımız oldu. Yəni ən azı 1 xala layiq idik. Əlimizdən gələni etdik. Amma təəssüf ki, futbol məhz belə oyundu. Daha yaxşı oynayan tərəf məğlub oldu. Çox vacib xallar itirdik. Amma çempionluq mübarizəsi hələ bitməyib. Hər kəs bizim bura qələbə üçün gəldiyimizi gördü. Hesab 0:0 olarkən nəticəni qorumurduq. Yalnız hücum etmək haqda düşünürdük. Adətən, Türkiyədə məğlubiyyətdən sonra hakimi təbrik etmirlər. Amma mən həm “Beşiktaş”ı, həm də hakimi təbrik edirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

3-03-2024, 16:0

“Qalatasaray” “Tüpraş Stadionu” lənətinə son qoya biləcəkmi?

Dünya futbolu

8-11-2023, 11:0

“Trabzonspor” yenə “Fənərbaxça”nı zirvədən saldı! - TURUN ŞƏRHİ

Dünya futbolu / Manşet

9-08-2022, 14:0

Superliqanın ilk turunda qeydə alınan maraqlı faktlar

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 127
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə