Alba da MLS-də oynayacaq

23.06.2023 11:55 243
Dünya futbolu
“Barselona”dan ayrılan Xordi Albanın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, Amerika qitəsinə üz tutacaq.

“Mundo Deportivo” qəzetinin xəbərinə görə, ispaniyalı futbolçu ABŞ-ın “İnter Mayami” klubunda çıxış edəcək. MLS təmsilçisinin tezliklə Alba ilə müqavilə imzalayacağı bildirilib. Xatırladaq ki, Albanın keçmiş komanda yoldaşı Lionel Messi də bu yaxınlarda “İnter Mayami” ilə anlaşıb.