Vüsal Türkiyə kubokunda qol ötürməsi verdi

18.12.2024 17:31 319
Dünya futbolu
Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə kubokunda növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi" "1461 Trabzon"la 5-ci turun oyununda qol ötürməsi edib. Vüsal "Boluspor"un 4:0 hesabı ilə qalib gəldiyi oyunun 71-ci dəqiqəsində meydana çıxıb və 77-ci dəqiqədə komandasının sonuncu qolunda məhsuldar ötürmə verib.

Qeyd edək ki, "Boluspor" bu qələbə ilə növbəti mərhələyə yüksəlib.