Maraqlıdı ki, Orxan bakılılara qarşı keçirdiyi 6 oyunda 6 qol vurub. Belə çıxır ki, o, artıq “Neftçi” üzrə “ixtisaslaşıb”. Görəsən, Orxanı məhz paytaxt klubuna qarşı xüsusi motivasiya ilə oynamağa məcbur edən nədi?
Səbəbkarın “Football-plus.az”a açıqlaması:
“Deməzdim ki, “ Neftçi”yə qarşı xüsusi həvəslə oynayıram. Sadəcə, işimi və nə etməli olduğumu bilirəm. Çalışıram ki, hər oyuna motivasiyalı çıxım və özümü yaxşı tərəfdən göstərim. “Neftçi”yə isə yenidən qol vurduğuma görə sevinirəm”.
AYGÜN MİRZA




