Komanda hazırda 19 xalla 6-ci pillədə qərarlaşıb. Halbuki Saatlı klubu mövsüm ərəfəsində 1-ci liqaya qayıtmaq hədəfini gizlətmirdi.
Bəs nə oldu, planlar dəyişdimi? “Saatlı-Araz”ın prezidenti Ədalət Abdullayevin “Football-plus.az”ın cavabı:
“Bu mövsümdə komandamız daha üstündü. Sadəcə, maliyyə imkanları baxımından bir çox futbolçu ilə yollarımızı ayırdıq. Əvvəl çempionluğa iddia edirdik, amma əlavə dəstək olmadığı üçün hədəfimizdən uzaq düşdük. Yenə də 1-ci liqaya qayıtmağa ümidliyik”.
ƏSƏD SEYİDOV






