“Meydança çox pis vəziyyətdə idi” – uddu və belə dedi

13.12.2024 17:11 666
Aktual / Ölkə futbolu
1-ci liqanın 9-cu turunda “Baku Sportinq” – Difai oyununda qonaqlar 2:0 hesabıyla qələbə qazandı.

Meydan sahiblərinin daha iddialı komanda oduğunu nəzərə alsaq, Ağsu təmsilçisinin 3 xala yiyələnməsi sürprizdi. “Baku Sportinq”ə nəyin hesabına qalib gəldiz? Bu sualı “Difai”nin baş məşqçisi Xaqani Məmmədova ünvanladıq:

“Çətin oyun oldu. Meydança çox pis vəziyyətdə idi. “Baku Sportinq” çempionatda yaxşı komandalardan biridi. Belə kollektivlərə qarşı əzmkar, istəkli və diqqətli olmalısan. Yaxşı oyun nümayiş etdirərək qalib gəldik”.

ƏSƏD SEYİDOV