“Taktiki baxımdan bəzən verdiyi qərarlar uyğun olmur” – Aslan Kərimov niyə belə dedi?

8.12.2024 20:29 408
Aktual / Ölkə futbolu
Son günlər "Qarabağ"ın qanalı hücumçusu Emmanuel Addadi çıxışı ilə diqqəti cəlb etməyi bacarır. Komandanın baş məşqçisi Qurban Qurbanov isə onun böyük potensialı olsa da, tələbləri hələ ki tam yerinə yetirə bilmədiyini düşünür.

"Football-plus.az" məsələ ilə bağlı mütəxəssis Aslan Kərimovun da fikrini öyrənib:

"Fiziki baxımdan çox qüvvətlidi, texnikası var, 90 dəqiqə oynaya bilər. Şəxsiyyət olaraq meydançada gördüyüm qədəri ilə sakit insandı. Taktiki baxımdan bəzən verdiyi qərarlar uyğun olmur. Məsələn, meydançanın eninə doğru etdiyi driblinqlər olur ki, "Qarabağ'ın oyun üslubuna yaramır. Uyğunlaşmaq üçün çox oynamalıdı, ancaq rəqibləri Kaşuk, Zubir, Andrade kimi oyunçulardı. İndiki vəziyyətdə əsas rəqibi Kaşukdu. Klubun isə yaralı yeri hücumdan müdafiəyə keçid etməsidi ki, adını çəkdiyim hər oyunçuda bu problem var. Addai nə qədər çox oynasa, bir o qədər tez uyğunlaşacaq".

AYGÜN MİRZA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul