Günün sualı: Üçdəüç yoxsa üçdəiki? - Aslan Kərimov cavab verir

17.08.2023 18:53 291
Manşet / Avrokuboklar
Klublarımızın avrokubok sınaqlarına saatlar qaldı. "Qarabağ" və "Sabah" ev oyunlarında müvafiq rəqibləri HİK və "Partizan"ı məğlub etdiklərindən meydana daha rahat çıxacaq. "Neftçi"nin "Beşiktaş" səddini keçib-keçməyəcəyi isə sual atındadı.

"Football-plus.az" saytı olaraq 3 oyunun üçdəüç və ya üçdəiki zəfərlə bitmə ehtimallarını araşdırdıq. Bu məqsədlə təcrübəli futbol mütəxəssisi Aslan Kərimovu aradıq. Onun fikirlərinə keçid alaq:

"Qarabağ"da hər şey yaxşıya doğru gedir. "Sabah" da son illərin yaxşı çıxış edən komandaları sırasındadı. Hər iki təmsilçimiz ev oyununda ümidverici nəticələr əldə edib. "Köhlən atlar"dan arxayınam. Lakin "Sabah" daha ehtiyatlı davranmalıdı. Məncə, "Qarabağ" top fərqini artıraraq qalib gələcəksə, "bayquşlar" "sülh"lə razılaşaraq mərhələni adlayacaq. "Neftçi"yə gəlincə, komanda hələ ki, yüksəlişə keçə bilməyib. Düzdü, hansısa möcüzə "ağ-qaralar"ı xilas edə bilər. Amma buna bel bağlamaq olmur. Çox güman ki, bu axşam 2 şad xəbər eşidəcəyik".

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul