“Özünə baxmır, az məşq edir, yoxsa yorğundu?” – Aslan Kərimov Juninyo haqda

7.12.2024 08:45 663
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan” cari mövsümdə rəqiblərinin qapısından 19 top keçirib ki, bunlardan 8-i Felipe Santosun hesabındadı. Ötən mövsüm Juninyo “at oynadırdısa”, bu dəfə də onun həmvətəni - hücumameyilli yarımmüdafiəçi bombardirlər yarışında liderdi.

Bəs Felipe Santosun əsas özəllikləri nədi? “Football-plus.az” bu sualı təcrübəli mütəxəssis Aslan Kərimova ünvanlayıb:

“Ötənilki Juninyo ilə indiki Juninyo arasında fərq böyükdü. Fiziki formasında çatışmazlıqlar hiss olunur. Səbəbini deyə bilmərəm. Özünə baxmır, az məşq edir, yoxsa yorğundu? Bu barədə məlumatım yoxdu. Felipenin böyük, dəhşətli bir hücumçu olduğunu deməzdim. Felipe Santos digər hücumçularla müqayisədə daha təcrübəlidi. Cərimə meydançası daxilində bitiriciliyi yaxşıdı. Xüsusi bir özəlliyi yoxdu. Ona qarşı oynayan müdafiəçilər də taktiki baxımdan azca boşluq verirlər. Həm də cinah ötürmələri zamanı qapıya doğru istiqamətlənmiş hücumçudu. Çempionatın sonuna qədər bombardir olacaqmı? Bu barədə hələ ki tam qətiyyətlə deyə bilmərəm. Hər halda, qış fasiləsinə qədər damğasını vurdu. Qara Qarayev “Turan Tovuz”la oyunda tərs ayağı ilə möhtəşəm ötürmə verdi. Belə ötürmə verənin yoxdusa, o qol olmayacaq. Burda təkcə Felipe Santosu yox, komanda yoldaşlarını da vurğulamaq lazımdı”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul