Mahirin komandası "Elversberq" səfərində

6.12.2024 11:54 354
Dünya futbolu
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda 15-ci turda "Elfersberq"in qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 21.30-da başlayacaq. Matçı televiziya vasitəsilə ölkəmizdə də canlı izləmək mümkün olacaq. Görüş "İdman TV"də birbaşa nümayiş olunacaq.

Qeyd edək ki, "Nürnberq" hazırda 12 xalla 19-cu, "Elfersberq" isə 22 xalla 6-cı pillədə qərarlaşıb.