İtaliya klubunda yeni müqavilə

5.12.2024 21:58 334
Dünya futbolu
Bir müddət əvvəl klubu ilə anlaşan Denzel Dyumfris formallığı aradan qaldırıb.

“İnter” rəhbərliyi futbolçusu ilə müqaviləni yeniləyib. İtaliya klubunun mətbuat xidmətinin xəbərinə görə, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Niderland yığmasının oyunçusu “İnter”də 2021-ci ildən çıxış edir. O, bu mövsüm komandada 15 oyuna 2 qol vurub.