Messini arxada qoydu

5.12.2024 21:37 342
Dünya futbolu
Çempionlar Liqasında liqa mərhələsinin 5-ci turunun “Monako” ilə oyunu Anxel Di Mariya və komandası üçün uğurlu alınıb.

Argentinalı yarımmüdafiəçi “Benfika”nın səfərdə 3:2 hesabı ilə qalib gəldiyi matçda 2 qolun ötürməsini verib. 36 yaşlı Anxel turnirdəki məhsuldar ötürmələrinin sayını 41-ə çatdırıb.

Bu planda həmyerlisi Lionel Messini (40) arxada qoyan Di Mariya indi yalnız Çempionlar Liqasının şərikli rekordçuları Kriştiano Ronaldo ilə Rayan Giqqzdən (42) geri qalır.