Anxel Di Mariya Çempionlar Liqasının “Makkabi” ilə oyununda qol vurmasa da, komandasının qələbəsində böyük rol oynayıb.
O, “Yuventus”un hayfalıları 3:1 hesabıyla məğlub etdiyi matçda oyundaşlarına 3 məhsuldar ötürmə verib. Argentinalı yarımmüdafiəçi bununla ÇL-dəki assistlərinin sayını 38-ə çatdırıb. Həmyerlisi Lionel Messini (37) arxada qoyan Di Mariya indi yalnız rekordçu Kriştiano Ronaldodan (42) geri qalır.