Çempionlar Liqasında hamını qabaqladı

16.12.2023 13:07 179
Dünya futbolu
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda Qaleno qalib gəlib.

“Portu”nun hücumameyilli yarımmüdafiəçisi qrup mərhələsinin 6-cı turunun “Şaxtyor” ilə matçında iki qol vurub iki məhsuldar ötürmə etməklə komandasının 5:3 hesablı qələbəsində böyük rol oynamışdı. 26 yaşlı braziliyalı digər namizədlər Xoselu (Real), Anxel Di Mariya (Benfika) və Samuel Linonu (Atletiko) arxada qoyub.

ÇL-də 6-cı turun ən baxımlı qolu da seçilib. Əksər azarkeşlər “Nyukasl”ın oyunçusu Joelintonun “Milan” ilə oyunda (1:2) vurduğu qolu bəyəniblər.