U-17 millimiz üçün daha bir püşk

5.12.2024 19:55 367
Ölkə futbolu
Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2024/25 mövsümünün ikinci mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində yığmamızın rəqibləri müəyyənləşib.

B Liqasının 6-cı qrupunda yer alan U-17 Albaniya və Uels yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin mart ayında Albaniyada keçiriləcək.