U-17 millimizin də rəqibləri müəyyənləşdi

5.12.2024 16:14 331
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/26 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində millimizin də rəqibləri müəyyənləşib. Komandamız 9-cu qrupda Fransa, İsrail və Rumıniya yığmaları ilə mübarizə aparacaq.

Matçlar 2025-ci il iyulun 1-dən noyabrın 18-dək keçiriləcək.