Millimizin rəqibləri bilindi - AÇ

5.12.2024 12:58 307
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının 2025/26 mövsümünün seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.