17 və 19 yaşadək qızlardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının 2022/23 mövsümün ikinci mərhələsinin püşkü atılıb.
Football-plus.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə 2-ci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn ilin 22, 25, 28 mart tarixlərində Bosniya və Herseqovinada təşkil olunacaq.
B Liqasında qərarlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə üç komandalı 5-ci qrupda qərarlaşıb. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. Qeyd edək ki, bu qrupun oyunları gələn ilin 5, 8, 11 aprel tarixlərində Slovakiyada keçiriləcək.