Maraqlıdı, “Red Black Army” kubok matçına xüsusi hazırlıq görübmü?
Fanklubun rəhbəri Cavad Şərifli “Football-plus.az”a bunları dedi:
“Oyun barədə onu deyə bilərəm ki, indi ölkənin ən güclü klubu ilə qarşılaşırıq. Şansımız cüzi olsa belə, qismətdən aslıdı. Bəlkə möcüzə olsa, turu keçə bilərik. Nəzərə alaq ki, qarşılaşma bir oyundan ibarətdi. “Qarabağ” da, yəqin ki, meydana zəif heyət buraxmaz. Yenə də uğurlar komandamıza. Bizim bir məqsədimiz var: divizionda çempion olub elitaya yüksəltmək. Ona görə sırf mənim üçün bugünkü oyunun heç bir əhəmiyyəti yoxdu. Ümid edirəm ki, yenidən elitaya qayıdacağıq. Bax, onda “Qarabağ”la oyunlar barədə geniş danışa, açıqlama verə bilərik”.
RÖYANƏ OĞUZ



