• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bu oyuna görə futbolçularıma narazılıq bildirmədim" - Qurban Qurbanov

Manşet / Avropa Liqası

29-11-2024, 01:0

"Qarabağ" Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda "Lion"a uduzdu - 1:4.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azarkeşlərimizə təşəkkür edirəm. Belə hava şəraitində bizimlə oldular. Oyuna gəlincə, hesab üzücü görünür. İkinci hissəsin ortalarında komandada boşluqlar yarandı. Sürətli hücumların qarşısını ala bilmədik. Düzü, oyundan razı qaldım. Futbolçularım bilirdilər ki, rəqib çox yaxşı komandadı. Futbol belədi. Fürsətlərdən istifadə edə bilməyəndə rəqib səni cəzalandırır. Qarşıdakı oyunlara hazırlaşmalıyıq.

- Buraxılan qollar bəxtsizlikdən idi, yoxsa ustalıq fərqi?
- "Bəxtsizlik" ifadəsini çox işlətmirəm. Məsələn, top iki dəfə tirdən və dirəkdən qayıtdı. Həm də qəbul etməliyik ki, futbolçuların ustalıq səviyyəsi yuxarı idi. Böyük ehtimalla məhz bununla bağlıdı.

- 60-cı dəqiqədə üç dəyişiklik etdiz. Bundan sonra qollar buraxdız. Sizcə, əvəzetmələr komandaya mənfi təsir etdi?
- Dəyişiklik etmək mənim üçün çox çətin qərardı. Sürəti qaldırmaq, müdafiə xəttində fəal olmaq lazım idi. Rəqib belə məqamlardan istifadə etdi. İkinci qolu, sadəcə, texniki səhv ucbatından buraxdıq. Rəqib hansısa hücum qurmadı. Hər iki qoldan əvvəl biz qol vurmalıydıq. Deməli, bu gün məğlub olmalıymışıq...

- Üç oyun qalıb. İkisi səfərdədi. Pley-off mərhələsinə yüksəlmək şansınızı necə qiymətləndirirsiz?
- Məncə, hələ şans qalıb. Rəqiblər ildən-ilə bizə daha diqqətli, ciddi yanaşırlar. Hər biri güclüdü. Biz onlarla başabaş mübarizə aparmalıyıq. Avropanın üslubunu öyrənməliyik. Məsələn, "Səbail"lə matçda meydan sulandı, quruması üçün xeyli zaman lazım oldu. Bu da oyunun tempinə təsir etdi. Bəzən hakimlər matçı tez-tez saxlayır. Belə məqamlar ümumi performansa təsirsiz ötüşmür.

- Juninyonun bugünkü performansından razı qaldız? Kənardan zəif görünürdü...
- Ondan razı qalmadığımı desəm, düzgün olmaz. Futbolçu hər matçda eyni tempdə oynaya bilməz. Juninyo dörd yüzfaizlik qol epizodunda iştirak etdi. Belə statistika hücumçu üçün yaxşıdı. Yenə də belə oyunlarda daha hərəkətli olmaq lazımdı.

- Adətən, Benzyanı əvəz etmirsiz. Bu nə ilə bağlı oldu?
- Benzya, demək olar ki, yorulmuşdu, əldən düşmüşdü. Matçda sürətə ehtiyac var idi.

- Hər məğlubiyyətdən sonra futbolçulardan razı qaldığınızı deyirsiz. Belə hallarda futbolçuları cəzalandırırsızmı? Sizcə, onları silkələmək lazımdımı?
- Bəlkə də biz fərqli gözlərlə baxırıq. Futbolun inkişafıyla bağlı xeyli detal var. Komandamdan narazı qaldığım vaxtlar da olub. Bu, bizim işimizin bir hissəsidi. Cərimələr də olur, iradlar da bildirilir. Yenə deyirəm ki, bu oyuna görə futbolçularıma narazılıq bildirmədim. Hər şeyin öz həddi var. Siz rahat olun. Nə lazımdısa, edilir. Bəzən onlara təşəkkür də edirəm. "Tottenhem" və "Lion" kimi komandalar "böyük beşlik" ölkələrini təmsil edir. Belə rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Bu gün müdafiə də oluna bilərdik. Amma belə olmasını istəmirəm. Futbolçularım cəsarətli olmalıdı. Rəqiblərdən çəkinməməliyik. Az səhv etmək haqda düşünsəydik, indi belə səviyyədə olmazdıq.

- Bu gün gürcüstanlı futbolçu dubl etdi. Bizə nə qədər vaxt lazımdı ki, ən azı "Qarabağ"ın avrokuboklardakı start heyətində azərbaycanlı mərkəz hücumçusu çıxış etsin?
- Ümid edirəm ki, qısa müddətdə olar. Hətta sayları çox olar. Bu haqda danışmaq çətindi.

- Oyunun qırılma nöqtəsi ikinci qol idi. Dəqiq desək, Medinanın səhvi... Ümumiyyətlə, o, gah "qırmızı" alır, gah da penaltiyə səbəb olur...
- Bu, yalnız istəklə bağlıdı. Bəzən futbolçu ən yaxşısını etməyə çalışır və səhvə yol verir. Bəzən də rəqib səni buna məcbur edir.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

1-11-2024, 21:0

“Rəqibin bizə xoş olmayan oyun üslubu var” – Qurban Qurbanov

Premyer-liqa / Manşet

10-11-2024, 21:0

"Böyük oyunlarda heyəti dəyişməyin tərəfdarı deyiləm" - Qurban Qurbanov qəribə start heyətini izah etdi

Manşet / Avropa Liqası

8-11-2024, 00:0

“Hamı bizdən qələbə gözləyirdi” - Qurban Qurbanov

Premyer-liqa / Manşet

22-04-2023, 21:0

"Premyer-liqada qalmaq üçün komandaya inamım çoxalıb" - Şahin Diniyev

Manşet / Avropa Liqası

27-11-2024, 13:0

“Rəqibə gəlincə, böhran oldu və ya olmadı - biz qələbə üçün hazırlaşırıq” – Qurban Qurbanov

Aktual
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
Son xəbərlər
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
  • Dünən, 15:14
    “Zirə” gürcülərin ümidlərini Sumqayıtda “dəfn etdi” - REPORTAJ
  • Dünən, 14:43
    "Qarabağ"ın potensial rəqibləri üz-üzə gəldi
  • Dünən, 14:11
    “Bozqurd” yatmaz!
  • Dünən, 13:59
    "Şəfa" fransalı futbolçu transfer etdi
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 134
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə