Parisi tərk edəcək?

25.11.2024 23:10 299
Dünya futbolu
Randal Kolo Muani haqqında gəzən xəbərlərə reaksiya verib.

O, qışda PSJ-dən gedib-getməyəcəyi ilə bağlı sualları cavablayıb. Hücumçu açıqlamasında “xeyr, bu haqda heç fikrim də olmayıb. Mən öz üzərimdə işləməyə və PSJ-yə ən yaxşısını verməyə davam edəcəm” deyib.
Randal bu mövsüm PSJ-nin heyətində 13 oyuna çıxaraq 2 qol vurub.

Onun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.