Yalnız Messi ilə Neymardan geri qalır

20.02.2023 17:10 233
Dünya futbolu
Randal Kolo Muani bundesliqada məhsuldar çıxışını davam etdirir.

O, komandasının “Verder” üzərindəki 2:0 hesablı qələbəsində bir qolla rol oynayıb.

Frankfurt “Ayntraxt”ının 24 yaşlı hücumçusu bu mövsüm Almaniya çempionatında 10 qolun və 10 məhsuldar ötürmənin müəllifi olub. Randal qitənin 5 aparıcı liqasında qol və assist sayı üzrə yalnız SJ-nin forvardları Lionel Messi ilə Neymardan geri qalır.