Vieyra istefaya göndərildi

18.03.2023 21:24 254
Dünya futbolu
“Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra istefaya göndərilib.

"Football-plus.az" xəbər verir ki, buna komandanın uğursuz nəticələri rəvac verib.

46 yaşlı fransalı londonlulara 2021-ci ilin yayından başçılıq edirdi. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 74 oyun keçirib, 22 qələbə qazanıb, 24 dəfə heç-heçə edib və 28 matçda məğlub olub.

“Kristal Pelas” hazırda İngiltərə premyer-liqasında 27 turdan sonra 27 xalla 12-ci yeri tutur.