Krespoya xələf oldu

14.11.2024 19:25 353
Dünya futbolu
Bir neçə gün əvvəl “Əl-Əyn”dən istefaya göndərilən Ernan Kresponun xələfi məlum olub.

Argentinalı məşqçinin yerini Leonardo Jardim tutub. Braziliyalı mütəxəssis Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayıb.

50 yaşlı Jardimin sonuncu iş yeri “Əl-Rayyan” (Qətər) olub.