"Turan Tovuz"un məşqçisi Cavid Hüseynov komandadan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, Hüseynovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
36 yaşlı məşqçi bu ilin yayından Tovuz təmsilçisində Kurban Berdıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alırdı.
Qeyd edək ki, Cavid Hüseynovun "Səbail"i çalışdıracağı gözlənilir.